Artsrun Hovanisyan: Atəşkəs bitib, bölgədə açıq müharibə gedir.

23-12-2015, 14:41           

teref.az sputnikə istinadən xəbər verir ki,Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovanisyan Azərbaycanla atəşkəsin bitdiyini elan edib.

Sputnik "Novosti-Armeniya"ya istinadla xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Azərbaycanla açıq müharibə apardıqlarını etiraf edib.

"Bölgədə onsuz da müharibə gedir. Azərbaycan bütün növ ağır hərbi texnikalarla bizə zərbələr endirir. Biz də buna cavab verməyə məcburuq. Atəşkəs artıq bitib. Bölgədə atəşkəs filan yoxdur. Artıq açıq-aşkar müharibə gedir" — deyə Hovanisyan bildirib.

Erməni tərəfinin bu bəyanatına Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, atəşkəsin davamlı ola bilməsi üçün erməni silahlılarının Qarabağdan birdəfəlik çəkilməsinin şərt olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru