Omanda koronavirusdan ilk ölüm halı qeydə alınıb

1-04-2020, 02:46           
Omanda koronavirusdan ilk ölüm halı qeydə alınıb
Omanın Səhiyyə Nazirliyi koronavirusdan ilk ölüm halını qeydə aldığını elan edib.

Trend-in məlumatına görə, bu barədə yerli ONA informasiya agentliyi xəbər yayıb.

Bildirilir ki, dünyasını dəyışən sultanlığın 72 yaşlı sakini olub.

Son sutka ərzində ölkələ koronavirusa 13 yeni yoluxma hadisəsi baş verib. Ümumilikdə isə sultanlıq ərazisində 192 nəfər COVİD-19 virusuna yoluxub, onlardan 34-ü sağalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.