Göygöldə evdə partlayış olub, 1 nəfər ağır xəsarət alıb

2-04-2020, 06:14           
Göygöldə evdə partlayış olub, 1 nəfər ağır xəsarət alıb
Göygöldə evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenizod kəndində qeydə alınıb.

Bekə ki, Gəncə sakini, 1966-cı il təvəllüdlü Hacıyev Fuad Sultan oğlu bədənin 70-80 faiz ağır dərəcəli yanığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda xəstənin Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilkin məlumata görə, hadisə yaşayış evində qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.