Bakı-Sumqayıt yolunda görünməmiş tıxac

19-04-2020, 21:22           
Bakı-Sumqayıt yolunda görünməmiş tıxac
Bu dəqiqələrdə paytaxtın Bakı-Sumqayıt yolu və Masazır dairəsi ərazisində avtomobillərin hərəkətində güclü tıxac yaranıb.

Bizimxeber.az xəbər verir ki, şəhərə giriş bağlandığı üçün avtomobillər yol patrul əməkdaşları tərəfindən geri istiqamətə göndərilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Qabaqcadan sürücülərə xəbərdarlıq olunmuşdu ki, dezinfeksiya işləri ilə əlaqədar küçələrə çıxmasınlar. Hərəkət əlbəttə ki, tıxac yaratmalıydı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.