Bankomatları partladıb külli miqdarda pul oğurladılar
21-04-2020, 02:07
Almaniyanın 4 şəhərində naməlum şəxslər bankomatları partladaraq külli miqdarda pul ələ keçiriblər.
Publika.az xəbər verir ki, partlayış nəticəsində tələfat qeydə alınmasa da, 1 nəfər ağır xəsarətlər alıb. Bank binalarına ciddi ziyan dəyib. Şübhəlilərin həbs olunması üçün axtarışlar davam edir.