“Benzin və dizelin qiymətinin aşağı salınmasının əsl vaxtıdır” - TƏKLİF

21-04-2020, 13:02           
“Benzin və dizelin qiymətinin aşağı salınmasının əsl vaxtıdır” - TƏKLİF
“Heç kim hələ neft erasının bitdiyini düşünməsin. Nə qədər ki, heç olmasa bir dənə də benzinlə işləyən maşın, yaxud digər texnika olacaqsa neft də olacaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.

Aslan İsmayılovun fikrincə, indi benzinin qiymətinin aşağı salınmasının əsl vaxtıdır: “Həm dünya bazarında neftin qiymətinin kəskin düşməsi, həm də qarşıdan gələn nəhəng iqtisadi böhranla bağlı benzinin qiymətinin aşağı salınmasının vaxtıdır. Özü də indiki əkin-biçin vaxtında əsl məqamıdır. Özü də ancaq zənginlərin aldığı 95-98 benzinini yox, ölkənin mütləq əksəriyyətinin istifadə etdiyi 92 və dizel yanacağını ucuzlaşdırmaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru