Moskvadakı erməni diplomatlar koronavirusa yoluxub

21-04-2020, 21:01           
Moskvadakı erməni diplomatlar koronavirusa yoluxub
Ermənistanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 21-də Ermənistan xarici işlər nazirinin müavinin Avet Adons hökumətin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfirlik əməkdaşları Ermənistan vətəndaşları ilə təmas nəticəsində virusa yoluxublar: “Xaricdə olan vətəndaşlarımızdan yoluxduqları infeksiyanın simptomları barədə informasiyanı bir-birindən və səfirlik nümayəndələrindən gizlətməmələrini xahiş edirəm”.

Xatırladaq ki, aprelin 21-nə olan məlumata əsasən, Ermənistanda 1 401 nəfər virusa yoluxub, 24 nəfər pandemiyadan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru