Çində koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişib - FOTO

22-04-2020, 15:17           
Çində koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişib - FOTO
Çinin Uhan şəhərində yeni növ koronavirusdan (COVİD-19) sağalan kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rəngi dəyişib.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, həkimlər iki ay müddətində koronavirusdan müalicə olunublar.

Yerli mütəxəssislər həkimlərin dərisinin rənginin dəyişməsinə səbəb kimi virusun qaraciyəri zədələməsini göstəriblər.

Xuaçjun Elm və Texnologiya Universitetinin əməkdaşı Song Jianxin bildirib ki, müalicə prosesində həkimlərin daxili orqanları zədələnib.

Onun sözlərinə görə, qaraciyərlərdə toplanmalı olan dəmir, orqanlar düzgün çalışmadığından qan damarlarına dolub və buna görə də onların dərisinin rəngi dəyişib.

Qeyd olunub ki, müəyyən müddət keçdikdən sonra həkimlərin dərisinin rəngi əvvəlki vəziyyətinə qayıdacaq.

ABŞ-ın Yel Universitetinin kardioloqu Harlan Krumholz isə vurğulayıb ki, COVİD-19 ancaq tənəffüs yolu xəstəliyi deyil, koronavirus ürək, qaraciyər, böyrəklər və beyinə də təsir edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru