Bakıda şok olay: məktəbli qıza təcavüz edildi

23-04-2020, 00:00           
Bakıda şok olay:
Bakının Suraxanı rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Elşad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 28-nə təyin olunub.

İttihama görə, Elşad Əhmədov orta məktəbin şagirdi olan 2003-cü il təvəllüdlü bir qızla cinsi əlaqədə olub.

Hadisə rayonun Hövsan qəsəbəsində baş verib.

Yetkinlik yaşına çatmayan qız məktəbdən evinə gedən zaman Elşad Əhmədov tərəfindən təcavüzə məruz qalıb.

İstintaq orqanı tərəfindən Elşad Əhmədovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.