“İndi qaldı mafiyanın digər fiqurları - Eldar Mahmudov və..”

26-12-2015, 20:53           
“İndi qaldı mafiyanın digər fiqurları - Eldar Mahmudov və..”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin dünənki həbsindən sonra “MTN işi” ətrafında müakirələr yenidən qızışıb.
Qeyd edək ki, E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az xəbər verir ki, MTN-nin sabiq əməkdaşı, tanınmış ekspert Ərəstun Oruclu növbəti həbs dalğasında eks-nazir Eldar Mahmudovun adının ola biləcəyini istisna etmir.

“Ömrünü Bakı istintaq təcridxanasında başa vuran intiharçı polkovnik İlqar Əliyevin rəisi general-mayor Elçin Quliyev nəhayət həbs edildi. Xatırlayanlar bilir ki, bu şəxsin həbs olunmasının zəruriliyini Facebook-da və mediada dəfələrlə qeyd eləmişdim.
İndi qaldı cinayətkar mafiyanın digər həlledici fiqurları - Hilal Əsədov və Eldar Mahmudov, sonra da onlarla işbirliyində olan digərləri”,-deyə Ə.Oruclu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru