BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü

19-05-2020, 01:30           
BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü
BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb.“Report” “TASSi”a istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu günə olan məlumata görə, yeddi BMTəməkdaşı koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. Amerikada təşkilatın 147əməkdaşında COVID-19 aşkarlanıb” - Düjarrik deyib.

Onun sözlərinə görə, ölənlərin biri Nyu-Yorkdakı Katibliyin, digər iki nəfəri isə ÜST-nin və UNICEF-in işçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru