İmtahan 45 dəqiqə olacaq: Müddət 2 dəfə azaldıldı

19-05-2020, 19:16           
İmtahan 45 dəqiqə olacaq:
Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün vacib olan Azərbaycan dili (dövlət dili kimi) imtahanının müddəti azaldılıb.

Belə ki, indi abituriyentlər onlara təqdim olunan 30 sualı 45 dəqiqə ərzində cavablandırmalıdır.

Cebhe.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarda əksini tapıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanın müddəti 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru