Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar

20-05-2020, 01:24           
Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar
Misir polisi sifətlərini "Liverpul" futbol komandasının hücumçusu Məhəmməd Salahın təsviri olan maska altında gizlədən soyğunçu dəstəni yaxalayıb.

Bu barədə "Report" "Goal.com"a istinadən xəbər verir.

Bildirilir ki, dörd silahlı şəxs Qahirədə mağazalardan birini qarət etməyə cəhd göstərib, amma polis onların qarşısını kəsib və bütün cinayətkarları yaxalayıb.

Qeyd edək ki, Salah "Liverpul"un heyətində 2017-ci ildən çıxış edir. O, həmçinin futbol üzrə Misir milli komandasının kapitanı sayılır. Hücumçu iki dəfə "Afrikanın ən yaxşı futbolçu" mükafatına layıq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru