Neftin qiymətində KƏSKİN DƏYİŞİKLİK

21-05-2020, 11:31           
Neftin qiymətində KƏSKİN DƏYİŞİKLİK
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.

Publika.az xəbər verir ki, “Brent” markalı neftin 1 barelinin bu günə olan qiyməti 36,61 ABŞ dollarıdır.

Ötən gün 36,46 dollara qədər bahalaşan neftin barel qiyməti 35,75 dollar səviyyəsində tamamlanıb. Bu gün isə 2,40% artımla 36,61 dollardan satılıb.

Eyni dəqiqələrdə Qərbi Texas markalı neftin 1 bareli 34,31 dollardan alıcı tapıb.

Qeyd edək ki, koronavirus pandemiyası və OPEC-lə OPEC+ ölkələri arasında neft istehsalının azaldılmasına dair razılığa gəlinməməsi neftin qiymətinin 20 dollara qədər düşməsinə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru