Bakıda silahlı mütəşəkkil quldur dəstə saxlanıldı

22-05-2020, 10:00           
Bakıda silahlı mütəşəkkil quldur dəstə saxlanıldı
Bakıda vətəndaşa qarşı quldurluq edən şəxslər saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.

5 nəfər naməlum şəxs gecə saatlarında Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək onun 650 manatını və mobil telefonunu əlinddən alıb hadisə yerindən qaçıblar.

Nizami rayon Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən-Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

R.Mirzəyevin idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış keçirilərkən oradan 1 ədəd bıçaq, 1 ədəd balta, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru