Qəzadan yayındı, 1 milyon dollar tapdı - Foto

23-05-2020, 03:34           
Qəzadan yayındı, 1 milyon dollar tapdı - Foto
ABŞ-ın Virciniya ştatında bir ailə yoldan tapdığı təxminən 1 milyon dollar pulu polisə təhvil verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Şents soyadlı ailə qarşıdakı avtomobillə toqquşmamaq üçün sükanı çevirərək yol ortasındakı zibil torbasına bənzəyən əşyanın üstündən keçib. Həmin torbanı zibil qutusuna atmaq üçün götürmək istəyən ailə fərdləri yol kənarında daha bir bənzər torbanın olduğunu görüblər.

Ailə torbaları götürərək avtomobilin arxasına atıb. Axşam evə gələn ailə torbaları zibil qutusuna atmaq istəyəndə, torbalarda təxminən 1 milyon dollara qədər pul olduğunu görüb.

Anne Emili Şents dərhal polisə zəng edərək pulu təhvil verdiyini bildirib. Səbəbini isə belə izah edib: “Çünki bu, bizə aid pul deyil” .

Pulu təhvil alan Karolina Polis Departamentindən Skott Moser ailə ilə qürur duyduqlarını deyib.

“Ailənin pulu təhvil verməsi onların xarakterlərini ifadə edir. Əminəm ki, bu qərarı vermək asan deyil, amma onlar doğru olanı ediblər”, - deyə Skott Moser bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru