Saturn öldü - ŞƏKİL

24-05-2020, 12:34           
Saturn öldü - ŞƏKİL
Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb.

Teref.az-ın xəbərinə görə, bu barədə Moskva zooparkının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər.

Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçıb. Britaniyalılar 3 il sonra onu tapıb və SSRİ-yə təhvil verib. Əfsanələşmiş timsah o vaxtdan indiyə qədər Moskva zooparkında məskunlaşıb. Saturnun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilib.lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru