Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR

24-05-2020, 12:48           
Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR
Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227-ci km-də, rayonun Xosrov kənd ərazisinidə qeydə alınıb.

Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru