Goranboyda polis intihar etdi

26-05-2020, 00:00           
Goranboyda polis intihar etdi
Goranboyda intihar hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, Goranboy rayon Buzluq kənd sakini 25 yaşlı Məharət Nağıyev ötən gün evdən çıxıb və geri qayıtmayıb. Bu səbəbdən onun axtarışlarına başlanılıb.

Onun asılmış meyiti bu gün Goranboy rayon Yuxarı Ballıqaya kəndi ərazisində olan meşədə tapılıb. İntiharın ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.