Faiq Əmirli növbəti dəfə həbs olundu

26-05-2020, 00:02           
Faiq Əmirli növbəti dəfə həbs olundu
AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli 15 sutkalıq həbs olunub.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, Faiq Əmirli Ramazan bayramı ilə əlaqədar olaraq Sabirabad rayonuna valideynlərinin qəbrini ziyarət etməyə gedib.

Onun ictimai qaydaları pozduğuna görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, aprel ayının əvvəlində F.Əmirli karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci madəsi ilə ittiham edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru