Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra isə...

27-05-2020, 12:43           
Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra isə...
Bakının Binəqədi rayonunda yaşayan ər-arvad soyğunçuluğun qurbanı olub.

Teref.az Oxu.Az-a istinadən xəbər verir ki, mayın 26-na keçən gecə hasarın üstündən atlayan üç naməlum şəxs Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə girib.

Onlar yatmış ər-arvada hücum edərək, 1994- cü il təvəllüdlü Fatma Fətullayevanın ayaqlarını “skotç” lentlə, ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyərək, evdən 2700 manat oğurlayıb qaçıblar.

Soyğunun araşdırılması sözügedən ərazinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru