Bakıda kişini dostu kürəyindən bıçaqladı 30-05-2020, 00:01 Bu gecə Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib.“Report” xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib.Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş