ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var 2-06-2020, 04:01 ABŞ-ın İllinoys ştatında kiçik təyyarə qəzaya uğrayıb.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza Karlinvil şəhərindən 5 kilometr aralıda, yaşayış evlərinin yaxınlığında baş verib.Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu və 3 sərnişini həlak olublar.Qəzanın səbəbləri barədə məlumat verilməyib, milli təhlükəsizlik idarəsi istintaq aparır. Facebook-da paylaş