Koronavirusdan qorumaq üçün körpəyə TISBAĞA QANI içirtdilər - ÖLDÜ

2-06-2020, 11:56           
Koronavirusdan qorumaq üçün körpəyə TISBAĞA QANI içirtdilər - ÖLDÜ
Dominik Respublikasında beş aylıq qız uşağına koronavirusun qarşısını almaq üçün tısbağa qanı içirildikdən sonra körpə dünyasını dəyişib.
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.Qəribə "dərman"ı ailəyə Haitinin vudu şamanı tövsiyə edib. Valideynlər özləri qanı içdikdən sonra 7 yaşlı və 5 aylıq qızlarına da içirdiblər.
Bir müddət sonra halları pisləşən ailə üzvləri xəstəxanaya yerləşdirilib. Körpə dünyasını dəyişib, böyük qız və valideynlərinin vəziyyəti isə ağırdır.
2012-ci ilin avqust ayında bu ailədən olan dörd uşaq da vudu şaman tərəfindən müalicə edildikdən sonra ölüb. Şaman onlarda "sirli bir xəstəlik" olduğunu iddia edib.
Daha öncə Hindistanda keşiş koronavirusu məhv etmək üçün kilsədə bir nəfərin başını kəsib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru