Sumqayıtda qadın qətlə yetirilib, anası isə ağır yaralanıb

5-09-2020, 00:39           
Sumqayıtda qadın qətlə yetirilib, anası isə ağır yaralanıb
Sumqayıtda qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib.

Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.

X.Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru