Bərdə rayonunda güllələnmə hadisəsi baş verib – FOTO

7-09-2020, 00:10           
Bərdə rayonunda güllələnmə hadisəsi baş verib – FOTO
Bərdə sakini özü həmkəndlisini odlu silahdan güllələdi.

NOCOMMENT.az-ın Qarabağ üzrə Bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əlyanlı kəndində baş verib.

Belə ki, hələlik adları məlum olmayan kənd sakinləri arsında mübahisə zamanı yaranıb. Hadisə zamanı zərərçəkən odlu silahla sol ayağından xəsarət alıb.

Yaralanan şəxs dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmotologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.