Kəlbəcərdə Azərbaycan əsgərləri ilə ermənilər arasında gərginlik - VİDEO

26-11-2020, 19:33           
Kəlbəcərdə Azərbaycan əsgərləri ilə ermənilər arasında gərginlik - VİDEO
Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun əsgərləri ilə ermənilər arasında gərginlik yaşanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “news.am” portalı məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında aralarında yüksək rütbəli zabitlərin də olduğu təxminən 250-yə yaxın Azərbaycan Ordusunun əsgəri qızıl mədəninin ərazisinə daxil olaraq orda işləyən ermənilərin ərazini tərk etməsini istəyiblər.
Ərazini tərk etmək istəməyən ermənilər Azərbaycan hərbçlərinin tələbindən sonra bir gün vaxt istəyiblər.
Qeyd olunur ki, ərazini tərk edən Azərbaycan əsgərləri sabah yenidən geri gələcəklərini bildiriblər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.