Ermənistanda yenidən zəlzələ olub

6-02-2021, 04:31           
Ermənistanda yenidən zəlzələ olub
Ermənistan ərazisində yenidən 3,7 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 6 fevral, yerli vaxtla saat 00: 06-da Şorza kəndindən beş kilometr məsafədə (İrəvanın 110 kilometr şərqində - Red) zəlzələ baş verib.

Zəlzələnin dərinliyi 2 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 5 bala çatıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru