Binəqədidə kişi ayağından bıçaqlandı 6-02-2021, 06:33 Bakıda daha bir bıçaqlanma hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.Belə ki, 1984-cü il təvəllüdlü Cəfərov Ramiz Sabir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Facebook-da paylaş