Oğurladığı qandalları 60 il sonra polisə qaytardı

7-02-2021, 11:31           
Oğurladığı qandalları 60 il sonra polisə qaytardı
Kaliforniyada 74 yaşlı kişi 60 il sonra polisdən oğurladığı qandalları geri qaytarıb

ABŞ-da 74 yaşlı bir kişi Los-Angeles Polis İdarəsinə (LAPD) məktub göndərərək 60 il əvvəl polisdən oğurladığı qandalları geri qaytarmaq istədiyini deyib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs məktubunda gəncliyində Los-Ancelesin Van Nuys bölgəsində yaşadığı zaman bir zabitlə restorandakı bir nəfər arasında mübahisə olduğunu və polisin qandallarının yerə düşdüyün yazıb. Həmin vaxt götürdüyü qandallar haqda 6 və 9 yaşlı nəvələri tərəfindən verilən suallardan sonra peşmanlıq hissi keçirdiyini və 60 ildir saxladığı qandalları geri qaytarmaq istədiyini deyib. Bundan əlavə, qandalları hər dəfə görəndə özünü günahkar hiss etdiyini bildirən 74 yaşlı kişi məktubunu üzr istəməklə tamamlayıb.

Los Angeles Polis İdarəsi (LAPD) bununla bağlı açıqlamasında üzr məktubundan bir qandal və 100 dollar pul çıxdığını bildirib: “Bu adi bir məktub deyildi. Babadan nəvələrinə səhv əməldən geri dönməyin heç vaxt gec olmadığını ifadə edən 60 illik bir həyat dərsi idi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.