“Azərpoçt”un rəhbəri işdən çıxarıldı - YENİ TƏYİNAT

2-03-2021, 16:41           
“Azərpoçt”un rəhbəri işdən çıxarıldı - YENİ TƏYİNAT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.

Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan “AGBank” ASC-nin İdarə Heyətinin sədri olub.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb. Beləliklə, hazırda milli poçt operatorunun rəhbərliyində 3 nəfər təmsil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru