Rusiyada 53 oğlan uşağına cinsi təcavüz etmiş din xadimləri saxlanılıb

5-03-2021, 07:54           
Rusiyada 53 oğlan uşağına cinsi təcavüz etmiş din xadimləri saxlanılıb
Rusiyanın Yəhudi muxtar vilayətində azyaşlı uşaqlara qarşı cinsi istismarda ittiham olunan din xadimləri saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, hələ 2019-cu ilin noyabr ayında vilayət sakini Amurzet kəndindəki müqəddəs İlya məbədinin 39 yaşlı rahibini uşaqbazlıqda günahlandıraraq, yerli hüquq-mühafizə orqanlarına müraciət edib.

Aparılan ilkin istintaq tədbirləri nəticəsində, rahibin 2007-ci ildən bəri məbəddə təhsil alan 12-16 yaş arası 53 oğlan uşağına qarşı cinsi istismar hərəkətlərinə yol verməsi müəyyən olunub. Bəzi hallarda ona bu iyrənc əməlləri törətməsində məbədin 26 yaşlı zəngçisi də yardım edib.

Hazırda hər iki din xadimi saxlanılıb. Onların məhkəmə qarşısına çıxarılacağı bildirilir. milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru