İtaliyada son sutkada 23 minədək insanda koronavirus aşkarlanıb

5-03-2021, 08:13           
İtaliyada son sutkada 23 minədək insanda koronavirus aşkarlanıb
Ölkədə hazırda 446 439 aktiv koronavirus xəstəsi var

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 22 865 nəfərin yoluxduğu təsdiqlənib.

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 339 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 98 974 nəfərə çatıb. Ölkədə hazırda 446 439 aktiv koronavirus xəstəsi var, onlardan 2475-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 999 119 nəfərdən 2 453 706 (son sutkada 13 488 nəfər) sağalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.