Rusiyada kütləvi dava atışma ilə nəticələnib, xəsarət alanlar var

13-03-2021, 08:57           
Rusiyada kütləvi dava atışma ilə nəticələnib, xəsarət alanlar var
Rusiyanın Sankt-Peterburq şəhərində atışma olub.

Bu barədə “Report” REN TV-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Frunze rayonunda, Oleko Dundiç küçəsində qeydə alınıb. Qeyd edilir ki, altı nəfər arasında yaranan münaqişə silahlı insidentlə başa çatıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, davada iştirak edənlər müxtəlif millətlərin nümayəndələridir.

Hadisənin başvermə səbəbi və şəraiti müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru