"Apple" aprel ayında yeni iPad-i təqdim etməyi planlaşdırır

18-03-2021, 07:51           
"Apple" aprel ayında yeni iPad-i təqdim etməyi planlaşdırır
"Apple" şirkəti iPad Pro seriyasını yeniləməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" xəbər verib.

Bildirilib ki, şirkət aprel ayında təkmilləşdirilmiş prosessora malik yeni bir planşet modelini təqdim edəcək.

Onun mənbələrinə görə, təkmilləşdirilmiş prosessora əlavə olaraq, planşet yenilənmiş kamera ilə təchiz ediləcəkdir.

Yeni model hazırkı "iPad Pro"нф bənzəyəcək, ekran ölçüləri eyni olacaq - müvafiq olaraq 11 düym (təxminən 27.9 sm) və 12.9 (32.7).

"Apple"in nümayəndələri bu məlumatlara münasibət bildirməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru