Bakıda qardaş qardaşını qətlə yetirib

19-03-2021, 08:03           
Bakıda qardaş qardaşını qətlə yetirib
Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məlikov küçəsi dalan 7, mənzil 2 ünvanında qeydə alınıb.

1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. Dava zamanı o, çoxsaylı bıçaq xəsarətləri alıb. Həmçinin E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Yaralı və hadisəni törədən E.Camalov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru