Azərbaycanda təhlükəli xəstəlik yayılıb – Kütləvi şəkildə…

22-03-2021, 14:42           
Azərbaycanda təhlükəli xəstəlik yayılıb –
Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələfatı baş verib.
Teref.az bildirir ki, bu barədə “Report”a sahibkar Ramiz Cavanşir oğlu Mədətov məlumat verib.
O bildirib ki, martın 18-dən başlayaraq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olması qeydə alınıb: “Bununla bağlı dərhal Tərtər rayon Baytarlıq İdarəsinə müraciət etdim. İdarədən qeyri-iş gününün olduğu əsas gətirilərək ölmüş heyvanlardan nümunələrin götürülərək laboratoriyaya göndərilməsi məsləhət bilinmədi”.
Sahibkar deyib ki, yerli baytarlar qoyunlarda ilkin olaraq Bradzot xəstəliyinə qarşı müalicə aparıblar: “Lakin iynələr vurulduğu gecə əlavə 15 heyvan tələf olub. Hazırda təsərrüfatımda 30 baş qoyun tələf olub, 20-yə yaxın isə xəstə qoyun-quzu var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru