Britaniya Kral Hava Qüvvələrinə məxsus “Royal Navy Hawk T1” reaktiv təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, təyyarə Kornvalda yerləşən tarlaya düşüb.
Müdafiə Nazirliyi tərəfindən təsdiqlənən qəzada iki pilotun xilas olduğu açıqlanıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Müdafiə naziri Coni Merker qəzanın mühərrikdə olan nasazlığa görə baş verdiyini açıqlayıb.