Tanınmış həkim qəzaya düşüb

28-03-2021, 12:27           
Tanınmış həkim  qəzaya düşüb
Tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə V.İsmayıl özü məlumat verib.

“Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat olardı. Asfalt sürüşkən... Birdən ən öndəki qırmızı “Jiquli” nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi. Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı. Kəmər taxma alışqanlığım olmasa, yəqin, başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!” – V.İsmayıl bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru