Meksikada təyyarə qəzası: ölənlər arasında nazir müavini də var

28-03-2021, 21:28           
Meksikada təyyarə qəzası: ölənlər arasında nazir müavini də var
Təyyarədə olan yeddi nəfərdən yalnız biri sağ qalıb
Meksikanın Sonora ştatında ikimotorlu Cessna təyyarəsi qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, qəza nəticəsində altı nəfər həlak olub.

Hadisə dünən gündüz saatlarında baş verib. Ermosilo şəhərindən ABŞ-ın Tuson şəhərinə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Ştatın baş prokurorluğunun ofisindən verilən məlumata əsasən, qəzada həlak olanlar arasında ştatın iqtisadi inkişaf nazirinin müavini və onun anası da var. Təyyarədə olan yeddi nəfərdən yalnız biri sağ qalıb.

Federal hakimiyyət və prokurorluq qəzanın səbəbini aydınlaşdırmaq üçün təhqiqata başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru