Şabranda hasar uşaqların üzərinə aşdı: ölən və yaralananlar var

1-04-2021, 19:09           
Şabranda hasar uşaqların üzərinə aşdı: ölən və yaralananlar var
Şabran rayonunda yaşayış olmayan evin hasarı məhəllədə oyun oynayan uşaqların üzərinə aşıb,

“Report”xəbər verir ki, hadisə Şabran şəhəri, M.Əsədov küçəsində qeydə alınıb.

Nəticədə 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru