İranda bir gündə 388 nəfər həyatını itirdi

21-04-2021, 21:11           
İranda bir gündə 388 nəfər həyatını itirdi
İranda son sutkada 24 886 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb, 388 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

O bildirib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 67 913 nəfərə, infeksiyaya yoluxanların sayı isə 2 milyon 311 813 nəfərə çatıb.

Bu günə kimi 1 milyon 823 958 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.

Virusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4991 nəfərin vəziyyəti ağırdır.

İran Səhiyyə Nazirliyinin bildirdiyinə görə, yoluxucu xəstəliyini geniş yayılmasına görə hazırda ölkənin 301 şəhəri qırmızı, 95 şəhər narıncı, 45 şəhər sarı, 7 şəhər isə mavi vəziyyətdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru