“Hüseynbala müəllimin videosundakı qız bizim işçi deyil!” - Neft və Sənaye Universiteti

22-04-2021, 12:19           
“Hüseynbala müəllimin videosundakı qız bizim işçi deyil!” - Neft və Sənaye Universiteti
“Hüseynbala Mirələmov barədə yayılan videogörüntü universitet daxilində baş verməyib”.
Bunu Modern.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun sabiq kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülər barədə danışarkən deyib.
O, həmin videogörüntünün universitetdən kənar ofisdə çəkildiyini qeyd edib:
“Bildiyimiz kimi Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub.

Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru