Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 11 nəfər vəfat etdi

16-05-2021, 16:42           
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 11 nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1222 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 329843 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 314900 nəfər müalicə olunaraq sağalıb, 4779 nəfər vəfat edib, aktiv xəstə sayı 10164 nəfərdir.

Ölkədə son sutka ərzində 8374, hazırkı dövrədək isə 3384053 test aparılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru