Meksikada xoruz döyüşü atışma ilə nəticələndi, ölənlər və yaralananlar var

17-05-2021, 07:15           
Meksikada xoruz döyüşü atışma ilə nəticələndi, ölənlər və yaralananlar var
Meksikanın cənub-qərbindəki Herrero ştatında atışma olub.

“Report”un məlumatına görə, bu barədə "Televisa" telekanalı bildirib.

Qeyd edilir ki, Akapulko şəhərində baş verən atışma zamanı iki nəfər həlak olub, onlardan biri hamilə qadındır. İnsident zamanı həmçinin daha üç nəfər yaralanıb.

Məlumata görə, atışma xoruz döyüşlərinin keçirildiyi evdə baş verib. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Prokurorluğun nümayəndəsinin sözlərinə görə, yerli sakinlər istintaq orqanı ilə əməkdaşlıq etmək istəmirlər.

Qeyd edək ki, Meksikanın bu şəhəri təhlükəli yaşayış məntəqəsi olması ilə xüsusən seçilir. Akapulko ötən il dünyanın 50 ən təhlükəli şəhəri siyahısında 18-ci yer tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru