Çində bıçaqlı qadın ətrafında olanlara hücum edib - VİDEO
18-05-2021, 07:39
Şanxayda bıçaqlı qadın ətrafındakı insanlara hücum edib və beş nəfəri yaralayıb.
Bu barədə TASS xəbər yayıb.
Məlumata görə, hücum 37 yaşlı qadın tərəfindən həyata keçirilib. O, Şanxaya sevgi məsələlərinə görə problemlər yaşadığı adamı axtarmaq üçün gedib. Lakin onu tapmadığı ümün yaxınlıqda olan insanlara hücum edib.