Tərtər rayonunun Ağdərə şəhərində “Artsax” adlı kitab mağazası açıldı... - FOTO

20-05-2021, 09:54           
Tərtər rayonunun Ağdərə şəhərində “Artsax” adlı kitab mağazası açıldı... - FOTO
Azərbaycan Respublikası Tərtər rayonunun hələlik Rusiya hərbi kontingentinin himayəsi altındakı separatçı-terrorçu rejimin nəzarətində qalan Ağdərə şəhərində “Book store in Artsakh” adlı kitab mağazası açılıb.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Dükanı İrəvandan Ağdərədə qanunsuz hərbi xidmət keçən erməniyə ərə gəlmiş Lusine Mxitaryan ad-soyadlı qadın açıb. O, kitab mağazasını Qarabağda yaşayan “erməni uşaqların, gənclərin savadlı və vətənpərvər böyüməsi” məqsədi ilə açdığını bildirib...

P.S. Qarabağdakı son qələbəmiz və aparılan işlər fonunda ilk baxışdan xırda görünən belə olaylar əslində torpaqlarımızda məskunlaşmış ermənilərin faktiki sakini olduqları Azərbaycan dövlətindən uzaqlaşmasına xidmət edən məsələlərdir. Zamanımız gedir...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru