SON DƏQİQƏ: Azərbaycan hərbçiləri işğal edilmiş daha bir yüksəkliyimizi nəzarətə götürdü

22-05-2021, 12:58           
SON DƏQİQƏ: Azərbaycan hərbçiləri  işğal edilmiş daha bir yüksəkliyimizi nəzarətə götürdü
Azərbaycan hərbçiləri Ermənistanla təmas xəttində, Göyçə mahalının (Geqarkunik) Zərkəndi ( Kut) istiqamətində daha bir yüksəkliyi ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Razm.info hərbi-analitik portalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda hündürlüyün yeri müəyyənləşdirilib. Zərkəndindən (Kut) təqribən 6 km şimal-şərqdə yerləşir.

Burada təmas xətti dağların zirvələri boyunca uzanır.

Nəşr qeyd edir ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qabaqlaya və bu yüksəkliyi özləri ələ keçirə bilərdilər.

Razm.info portalına xatırladırıq ki, həmim yüksəklik Azərbaycanın suveren ərazisində yerləşir və hərbçilərimiz erməni kəndçilərin dedikləri kimi öz torpaqlarına qayıdıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.