Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
FHN xəbər verir ki, ümumi sahəsi 80 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət üzlük 1 m² sahədə əriyib. Tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.