Azərbaycanda bir gündə COVID-19-dan 717 nəfər sağalıb, 219 nəfər yoluxub, 9 nəfər vəfat edib 23-05-2021, 16:56 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Facebook-da paylaş